Nursultan Nazarbaev. In the background is Dariga Nazarbayeva, his daughter. Photo: RIA Novosti

Nursultan Nazarbaev. In the background is Dariga Nazarbayeva, his daughter. Photo: RIA Novosti

Qazaxıstan senatının spikeri Dariqa Nazarbayevanın ölkədə ikinci vəzifədən siyasi bilinməzə göndərilməsi (prezident Kasım-Jomart Tokayevin 2 may tarixli fərmanı) dünyanı təəccübləndirib, belə ki, şərq despotiyalarında belə bir şey olmur: spikerin atası sağdır və ömürlük ən ali elbaşı (xalqın atası) vəzifəsini tutur, deməli böyük qızı (və ya oğlu) yalnız irəli getməlidir. Ali vəzifəli şəxsin ölümündən və ya istefasından sonra, bəli, onda həbs belə edə bilərlər, qonşu ölkənin keçmiş prezidenti Kərimovun qızını etdikləri kimi. Amma Nazarbayev sağdır! Qazaxlar şərqi irsi hakimiyyət stereotipini sındırıblar?

Mətbuatda çox sayda versiyalar var. Rusiyalı ekspert Vadim Dubnov analitik məqaləsində Qazaxıstan prezidenti Tokayev və qızı Dariqa və onun fərsiz oğullarının qalmaqallarından bezən Nazarbayev arasında əlbirliyin mümkünlüyünü müzakirə edir.

Dubnov Nazarbayevin xəstə olması versiyasını irəli sürür. O, Dariqanın Tokayevlə siyasi müharibəyə başlayacağını gözləyir, özü də o, "NurOtan" partiyasının ikinci sədridir. Amma bu partiyanın təsisçisi (1999) və dəyişməz lideri Nursultan Nazarbayev olaraq qalır. O, həm də Qazaxıstanın Milli Təhlükəsizlik Şurasının sədridir. Dariqa atası ilə münaqişə aparıb, hakimiyyət partiyasına təfriqə salacaq? İnanmaq çətindir, inandırıcı deyil.

Kasım-Jomart Tokayevin xeyrinə saray çevrilişi versiyasını puç edən prezidentin Nazarbayevin irəli çəkdiyi adam olması deyil. Yeltsin Putini irəli çəkib, amma Putin Yeltsinin komandasını darmadağın edib, putinçilər isə Rusiyanın ilk prezidentini əyyaş adlandırırlar. Yəni despotiya ölkələrində "xaç atasını" məhv etmək adi təcrübədir. Amma belə bir şey keçmiş hakimiyyət sahibinin tam istefasından və ya ölümündən sonra baş verir. Qazaxıstanlıları şəxsən seçkilərdə Tokayevin namizədliyini dəstəkləməyə çağıran elbaşı isə ölkənin ali və seçilməyən hakimiyyət sahibi olaraq qalır.

BBC-də dərc edilmiş məqalədə Nazarbayevin qızının mühüm vəzifədən kənarlaşdırılmasını bəzi ekspertlər bir növ çevriliş kimi dəyərləndirməyə meyllidirlər. Bu qərar Tokayevin tədricən ölkənin mötəbər və tam hakimiyyətə malik rəhbərinə çevrildiyini göstərir. Bir ildən bir qədər əvvəl hər ehtimala qarşı Dariqa Nursultan qızının şəxsində sığorta və əks ağırlıq elementi zəruri idisə, indi hazırki prezidenti harada isə qəzəbləndirən və onun üçün zəruri olan qərarları həyata keçirməyə mane olan element uzaqlaşdırılır, deyə MDB ölkələri İnstitutunun Mərkəzi Asiya ölkələri və Qazaxıstan Şöbəsinin rəhbəri Andrey Qrozin bildirib.

Mühüm qeyd: Qrozin hesab edir ki, Tokayev bu qərarı təkbaşına, Nursultan Nazarbayevi məlumatlandırmadan qəbul edə bilməzdi. O hesab edir ki, Qazaxıstanın pandemiya böhranından çıxarılması üçün Tokayevin öz birləşdirdiyi komandaya ehtiyacı var, Dariqa isə buraya aid deyil.

Bu gün hakimiyyətin vəhdətə və birləşməyə ehtiyacı var. Hakimiyyət ölkəni FH və karantin rejimindən çıxarmalıdır. Qarşıda antiböhran proqramının işlənib hazırlanması üzrə həddindən artıq çətin işlər, iqtisadiyyatda radikal dəyişikliklər, mürəkkəb struktur islahatları durur. Bütün bunlar hakimiyyətin Qazaxıstanın ikinci prezidentinin əlində tam şəkildə cəmləşməsini tələb edir, - deyə Qazaxıstanlı politoloq Aydos Sarım öz Telegram-kanalında yazıb (BBC).

Dariqa və onun övladları həqiqətən mane olurdular. Amma o, parlamentin spikeri vəzifəsindən kənarlaşdırılmayıb, öz istəyi ilə bu vəzifəni tərk edib. Prezident Tokayev ona əməyinə görə təşəkkür edib. Bu məqamlar Nursultan Nazarbayevdən alınmış "razılığa" və Dariqanın özünün yeni aqibəti ilə razılaşmasına dəlalət edir.

Bu ilin mart ayında Londonda Nursultan Nazarbayevin yaxınlarının əmlak hüquqları donduruldu - iki malikanə və bir mənzil vuruldu.

Nazarbayevlərin başqa seçimi yox idi. Bu ilin martında Londonda hakimiyyət Nursultan Nazarbayevin qohumlarının daşınmaz əmlakının - iki malikanə və mənzilə  əmlak hüquqları dondurub. Əmlak hələ 2019-cu ilin yazında dondurulub, amma məhkəmə mülkiyyətçiləri bu ilin yazında açıqlayıb - bu, Qazaxıstanın keçmiş prezidentinin qızı və nəvəsi imiş. Britaniya hakimiyyəti onların üzərinə paytaxtın bahalı bölgəsində daşınmaz əmlak almaq üçün təxminən 100 mln. dolların mənşəyini sübut etmək öhdəliyi qoyub.

"Dariqa Nazarbayeva, onun oğlu Nurəli Əliyev və onun həyat yoldaşı Aida 100 mln. dollardan çox dəyəri olan daşınmaz əmlak əldə ediblər. Bu zaman mülkiyyətçilər malikanəi və mənzili üç ofşorun adına sənədləşdiriblər", deyə BBC yazır. Cari bazar dəyərinin daha çox ola biləcəyi vurğulanır. Britaniya hüquq-mühafizə əməkdaşlarının sorğusu ilə 2019-cu ildə ölkənin ən bahalı küçələrindən olan Bişops-avenyu-da yerləşən, yeraltı hovuzu və kinoteatrı olan böyük malikanəyə həbs qoyulub.

Eyni zamanda Britaniya hakimiyyəti Londonun prestijli Haygeyt rayonundakı evə və Çelsidəki mənzilə həbs qoyub. Həmin vaxt Britaniyanın dövlət orqanları bu daşınmaz əmlakın məşhur siyasi fiqurla əlaqəli olduğunu bildirmişdi, amma sahiblərinin adı açıqlanmamışdı. Qazaxıstanın keçmiş prezidentinin nəvəsi Nurəli Əliyev məhkəmədən uşaqlarının təhlükəsizliyi üçün Londondakı evlərin ünvanlarını məxfiləşdirməyi xahiş etmişdi, amma hakimdən imtina cavabı almışdı.

Bütün daşınmaz əmlak Niderlandın Antil adalarında, Panamada və Britaniyanın xarici Angilya  ərazisində qeydiyyatdan keçmiş üç ofşorun adına sənədləşdirilib. Milli Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin (NCA) müstəntiqləri güman edirlər ki, bütün əmlak Nurəli Əliyevin atası və Dariqa Nazarbayevanın keçmiş əri Rahat Əliyevin gəliri ilə alınıb.

Rahat Əliyev 2000-ci illərdən cinayətkar fəaliyyəti ilə məşhurdur. 2008-ci ildə Qazaxıstan prezidenti Nazarbayevlə mübahisədən sonra o, bütün rütbələrdən, vəzifələrdən və adlardan məhrum edilib, eyni zamanda iki bankirin qətli ittihamı ilə qiyabi olaraq 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan əvvəllər Qazaxıstanın səfiri vəzifəsində işlədiyi Avstriyada gizlənib. Dəfələrlə vətəninə ekstradisiyası tələb olunsa da, Əliyev bir müddət siyasi sığınacaq verilməsi üçün ərizə ilə müraciət etdiyi Avstriyada polisin müdafiəsi altında olub. Cavab olaraq ona qarşı cinayət işi açılıb - Əliyev Vyanada həbsə salınıb, 2015-ci ilin fevralında orada intihar edib.

Vətəndə Dariqa Nazarbayevanın həyatı da qalmaqallarla keçirdi - 2013-cü ilin dekabrında o, uşaqları əlillər üçün olan internatlara aparmağı təklif edib. Məmur xanımın sözlərinə görə, onlar orada "bədheybətlərə" baxıb düşünülməmiş cinsi həyatın nəyə gətirib çıxardığını başa düşə bilərlər. "Hesab edirəm ki, uşaqları vaxtaşırı uşaq evlərinə, əlil uşaqlar üçün internatlara aparmaq lazımdır ki, onlar düşünülməmiş - vaxtsız cinsi həyatın nəticəsinin nə olduğunu görsünlər. Və bu uşaqları, bədheybətləri göstərmək lazımdır - qoy baxsınlar. Bu, söhbətlərə və məruzələrə sərf olunan onlarla saatdan daha güclü təsir edər", Dariqa belə deyib.

Qazaxıstanın banisi və əvəzolunmaz rəhbəri, ölkə paytaxtına adı verilmiş ulu elbaşı obrazına ailəsinin xələl gətirdiyi şübhəsizdir. Ulu elbaşı statusunu xilas etmək üçün Nursultan Nazarbayev bu məsələ ilə bağlı addım atmalı idi. Həm Nazarbayevi, həm də Tokayevi qane edən güzəştli qərar elbaşının ailə üzvlərini bütün ölkəni idarəetmə vasitələrindən sakitcə kənarlaşdırmaq oldu, həbs etmədən və tənqid etmədən. Bunun üçün aşağı səviyyəli iradəsiz insanlar var.

Başqa yəqin versiya yoxdur. Qazaxıstan mətbuatı hadisələri müzakirə etmir, bu da ölkədə böyük Nazarbayevin nüfuzunun və gücünün qalmaqda olduğunu göstərir.

ASTNA-nın Qazaxıstanın yüksək kuluarlarına istinadən verdiyi məlumata görə, ölkədə Nazarbayevin nüfuzu mübahisəolunmazdır, onun istefasından və ya zəifləməsindən söhbət belə gedə bilməz. RF prezidenti Putin Nazarbayevi tamamilə dəstəkləyir, bu da Orta Asiya ölkəsi üçün həddindən artıq mühüm məqamdır.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti