Son yenilənmə

(37 d. əvvəl)
Növbəti ilin dövlət büdcə parametrləri

Növbəti ilin dövlət büdcəsi parlamentdə (29.12.2020) “uzun” müzakirələrdən sonra səsə qoyularaq qəbul olundu. Həm dövlət büdcəsi, həm də icmal büdcənin əsas parametrləri aşağıdakı kimi qəbul olunmuşdur: [1] Dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat, xərcləri 28 543,0 mln. manat, kəsiri isə 3 116,0 mln. manat nəzərdə tutulur. Bu isə [2] 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır. İcmal büdcənin [3] gəlirləri 23 828,1 mln. manat, xərcləri 31 163,4 mln. manat, kəsiri isə 7 335,3 mln. manat nəzərdə tutulur.

Növbəti ilin dövlət büdcə gəlirlərinin 54 faizi neft sektorundan, 46 faizi isə qeyri-neft sektorundan formalaşacaq. Bu cari ilin 9 aylıq göstəriciləri ilə artım tempini özündə ifadə edir. Belə ki, [4] 2020-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasında neft və qaz sektoru üzrə yaradılan əlavə dəyəri dövlət büdcəsi gəlirlərində payının 54,6 faizini təşkil edib.

Neftlə bağlı büdcə proqnozlarında isə qiymət həddi olaraq bir barelinin qiyməti 40 ABŞ dollar səviyyəsində hesablanıb.

Növbəti ilin büdcə parametrlərində 2 neçə məqamı qruplaşdırsaq, məlum olacaq ki, əsas istiqamətlər aşağıdakı sahələri əhatə etməklə davam edəcək. Bunun biri büdcə daxilolmalarının hansı gəlir mənbələrindən formalaşması, digəri büdcənin xərc istiqamətini hansı sahələri əhatə etməsi ilə bağlıdır.

Büdcənin gəlir mənbələri:

  • 2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla [5] müəyyənləşdirilib.  2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz çoxdur.
  • Büdcə gəlirlərində dominant pay yenə də ənənəvi olan Neft Fondundan ediləcək maliyyə köçürmələrinin payına düşür. 2021-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 12,2 milyard manat olacaq.


Mənbə: Maliyyə Nazirliyi

    Bu isə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 88,6 faizini və ya 12200,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11,4 faizini və ya 1576,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. [6] Bu isə 2021-ci ildə dövlət büdcəsi gəlirlərinin [7] 48 faizinin Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin payına düşməsini deməyə əsas verir. 

  • Dövlət büdcə gəlirlərinin yerdə qalan 52 faizlik mənbəyində yenə də ağırlıq əsasən Vergilər Nazirliyinin və Gömrük Komitəsinin payına düşəcək. Belə ki, [8] büdcə daxilolmalarının 28,5 faizi Dövlət Vergi Xidmətinin xətti ilə, 15,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gələn vəsait hesabına təmin olunacaq.

Büdcənin xərc istiqamətləri:

  • Koronovirusla mübarizə ili kimi yadda qalan 2020-ci ildə dövlətlər sosialyönümlü büdcənin xüsusi çəkisini büdcə xərcləmələrində artırmağa önəm verirlər.  2021-ci il üçün dövlət büdcəsində [9] sosialyönlü xərclər 11,1 mlrd. manat həcmində olacaq ki, bu da ötən illə müqayisədə 564 milyon manat və ya 5,3% çoxdur.
  • Dövlət büdcəsinin xərc istiqamətlərində əsas xərc istiqamətlərindən biri də xarici borclarla bağlı ödəniləcək vəsaitlə bağlıdır. Belə ki, büdcəsində  [10]  dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcəkdir. Dövlət büdcə xərclərinin 28,5 mlrd. manatının 2,2 mlrd. manatı yalnız indiyədək beynəlxalq maliyyə qurumlarından aldığımız borcların örtülməsinə sərf olunacaq.
  • Sosialyönümlü xərc istiqamətləri içərisində növbəti ildə elm xərclərinə 183,3 milyon manat vəsait nəzərdə tutulmuşdur. Yenə də elm xərcləri büdcənin lap bir küncündə yer alıb.
  • Ən paradoksal xərc istiqaməti səhiyyə büdcəsində özünü göstərir. Belə ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyəyə ayrılacaq vəsait 1,4 mlrd. manat səviyyəsində olacaq. Müqayisə üçün deyək ki, hələ koronovirus xəstəliyi olmayan zaman büdcədən ayrılan səhiyyə xərcləri 1,7 mlrd. manat idi. Bu isə [11] 2021-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil etməsi deməkdir. Hökumət covid-19-la bağlı tədbirlər üçün səhiyyəyə yönələcək xərcləri artırmaqdansa, əksinə daha da azaltmışıq. Hökumət bunun büdcə layihəsində azalma səbəbinin izahatını göstərməyib.
  • Növbəti ilin dövlət büdcəsində heç zaman rast gəlmədiyimiz bir xərc istiqaməti də müəyyənləşib. Belə ki, [12] işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
  • Uzun illər təmir, tikinti və infrastrukturun formalaşması xərclərinin ağırlıq təşkil etdiyi (33-39%) istiqamətə nisbətən daha az vəsait ayrılacaq. Belə ki, bu məqsədlə [13] 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2,8 mlrd. manat vəsait nəzərdə tutulmuşdur. Təbii ki, işğaldan azad olmuş ərazilərdə yenidənqurma işlərinin aparılmasını üçün ayrılmış vəsaitlərdə (2,2 mlrd.) təyinatına görə infrastrukturun qurulması işlərini özündə ehtiva edir. Belə demək mümkünsə, indiyə qədər Bakıda və rayonlarda aparılan tikinti meydançası ilə fəaliyyətlər Qarabağın azad olunmuş əraziləri ilə əvəz olunacaq.

Mohammed Talibli


Mənbələr:

[1] http://www.maliyye.gov.az/news/5501/milli-meclis-azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budcesi-haqqinda-qanunu-qebul-edib

[2]           http://www.maliyye.gov.az/news/5499/azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budceinin-layihesi-milli-meclise-teqdim-olunub

[3] http://www.maliyye.gov.az/news/5501/milli-meclis-azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budcesi-haqqinda-qanunu-qebul-edib

[4]  file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[5] http://www.maliyye.gov.az/news/5499/azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budceinin-layihesi-milli-meclise-teqdim-olunub

[6] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[7] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[8] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[9] http://www.maliyye.gov.az/news/5499/azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budceinin-layihesi-milli-meclise-teqdim-olunub

[10] http://www.maliyye.gov.az/news/5499/azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budceinin-layihesi-milli-meclise-teqdim-olunub

[11] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[12] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

[13] file:///C:/Users/HP/Downloads/5fe0996cc4b44%20(2).pdf

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti