2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub
2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur
2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub. Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.
Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə xidmət göstərir. ®
-
- Cəmiyyət
- 16 Dekabr 2024 17:06
Cəmiyyət
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
-
18 yanvar tarixində Azərbaycan üzrə hava proqnozu ölkənin müxtəlif bölgələrində dəyişkən hava şəraiti gözlənildiyini, bəzi ərazilərdə yağışın olacağını bildirir.
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:33
- 354
Rəy yaz