30 min narkoman qeydiyyatdadır
Bakı/28.06.18/Turan: 2018-ci ilin əvvəlinə Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Onların 25 min 139 nəfəri dispanser qeydiyyatında olanlardır.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin iyunun 28-də yaydığı açıqlamada belə deyilir. Açıqlamaya görə, bu məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər və İdman Nazirliyinin təşkil etdiyi konfransda açıqlanıb.
Nazirliyin açıqlamasında deyilir ki, profilaktik müalicə alan narkomanların sayı 4 min 992 nəfər, anonim müalicə alanlarınkı isə min 31 nəfərdir. Narkoman qadınların ümumi sayı 595 nəfər təşkil edir.
Nazirlik bildirir ki, 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb. Onların əksəriyyətinin dispanser qeydiyyatında olduğu bildirilir.
2017-ci ildə qeydiyyatdan çıxarılanların ümumi sayısa min 432 nəfər olub.
Məlumatda qeyd edilir ki, 2018-ci ilin 1-ci rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Ölkə üzrə ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub.
Nazirlik sərxoşluqla bağlı ekspertizaların nəticələrini də açıqlayıb. Məlumata görə, birinci rübdə sərxoşluq halları ilə bağlı 8 min 56 nəfər tibbi müayinədən keçib. Onlardan 1043 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə edilib və 551 nəfər istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb.--0--
-
- Söz istəyirəm
- 28 İyun 2018 18:11
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz