Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/28.07.20/Turan: Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 412 yeni fakt qeydə alınıb, 631 müalicə olunub, 7 nəfər vəfat edib. Bu barədə iyulun 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Pandemiya başlayandan yoluxmuş şəxslərin ümumi sayı 30 858 təşkil edib. Onlardan 23 873 nəfər müalicə olunub, 430 nəfər vəfat edib. Hazırda 6 555 nəfər müalicə olunur. Sutka ərzində 8 429 test, pandemiya dövründə 698 815 test keçirilib. -02D

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti