koronavirusinfo.az
44 nəfər virusa yoluxub, 2 nəfər vəfat edib
Bakı/11.11.22/Turan: Azərbaycanda koronavirus infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
İndiyədək ölkədə 823 636 nəfər koronavirus infeksiyasına yoluxub.
813 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 959 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 005 test icra olunub. 05D
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
Rəy yaz