koronavirusinfo.az
48 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
Bakı/17.06.21/Turan: Ötən gün Azərbaycanda koronavirusa 48 yoluxma faktı qeydə alınıb, 153 nəfər sağalıb, ölüm halı isə qeydə alınmayıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı yaydığı məlumatda bildirilir.
Xəstəliyə yoluxanların ümumi sayı 335 339 nəfər təşkil edib, onlardan 329 191 nəfər sağalıb, 4 959 nəfər isə vəfat edib.
Aktiv xəstə sayı 1 189 nəfər təşkil edir. Ötən gün ərzində 7 023 test aparılıb. -0-
Cəmiyyət
-
Yanvarın 7-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı və Heydər Əliyev Mərkəzi də daxil olmaqla, təxminən 20 qurumda rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılacaq.
-
Bakının Nəsimi rayonundakı populyar "Şuşa" restoranının sökülməsinə başlanılıb. Restoran Şəhriyar adına parkın (keçmiş Dzerjinski parkı) ərazisində tikilmişdi. Rəhbərlik söküntünün səbəbini açıqlamır. Ancaq yaxınlıqda daim genişlənən ADA Universiteti yerləşir.
-
Azərbaycan 9 yanvarda əsasən quraq hava şəraiti ilə qarşılaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
-
Ötən gün leysan yağışları nəticəsində müqəddəs Məkkə və Mədinə şəhərlərinin küçələrini su basıb. Sel yollara və avtomobillərə ziyan vurub. Səudiyyə Ərəbistanının digər yaşayış məntəqələrini də su basıb.
Prezident kimlərə hansı mesajı verdi? – Elxan Şahinoğlu Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 18:02
- 476
Rəy yaz