Açiq mənbələrdən foto.
8 nəfər narkotik maddə alverçisi saxlanılıb
Bakı/29.09.22/Turan: Ötən gecə Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayonun Papanin, Kubinka kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində keçirdiyi əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 8 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Həmin şəxslərdə ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər öz ifadələrində bildiriblər ki, narkotik maddələrin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçiriblər.
Daha bir əməliyyat zamanı isə Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər oğurluq cinayətləri edən İlkin Salayev tutulub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib-05D-
-
- İqtisadiyyat
- 29 Sentyabr 2022 13:00
-
- İqtisadiyyat
- 29 Sentyabr 2022 14:13
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz