Фото из открытых источников
Abituriyent seçimi üzrə yeni ixtisaslar
Bakı/22.02.18/Turan: Azərbaycan Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin (DİM) təklifi əsasında ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edib. Yeni normativ sənədə görə, I-IV ixtisas qrupu üzrə qəbul imtahanları ümumtəhsil müəssisələrini nə vaxt bitirməsindən asılı olmayaraq, bütün abituriyentlər üçün hər il yaz və yay sessiyaları formatında keçiriləcək.
Ali məktəblərə daxil olanlar üçün bu cür test formatı ötən il sınaqdan keçirilib və öz effektivliyini göstərib. Qəbul imtahanlarının iki mərhələli modeli ixtisas seçimi üzrə müsabiqədə iştirak etmək üçün iddialıların öz göstəricilərini yaxşılaşdırmasına imkan verir.
Ali təhsilin bakalavr pilləsi üzrə ixtisasların siyahısı (ixtisaslaşma) ilə bağlı başqa yeniliklər də var.
Belə ki, I qrupa "İnformasiya texnologiyaları", "Sistem mühəndisliyi", "Sənaye mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları daxil edilib.
Bundan əlavə, Nazirlər Kabineti "Ali təhsilin magistr pilləsi üzrə ixtisasların (ixtisaslaşma) təsnifatı"na dəyişiklik edib. Magistratura üzrə "Humanitar və sosial ixtisaslar qrupu" bölməsində aşağıdakı ixtisaslar yaradılıb: "İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ", "Tibbi hüquq", " Əqli mülkiyyət hüququ", "Əmək hüququ: sosial təminat hüququ", "İdman hüququ", "Turizm hüququ".
"Mədəniyyət və incəsənət ixtisasları qrupu" bölməsinə " Musiqi texnologiyaları" ixtisası, "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" bölməsinə "Davamlı inkişafın siyasi idarə edilməsi", "Davamlı inkişafda insan potensialı", "Davamlı inkişafın planlaşdırılması", "Davamlı insan inkişafı" və "Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi" ixtisasları daxil edilib.
"Təbiət ixtisasları qrupu" bölməsinə "Kosmologiya" ixtisası, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu"bölməsinə "Gənclərlə iş" ixtisası daxil edilib.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün sənəd qəbulu martın 29-da başlayacaq və aprelin 30-dək davam edəcək. DİM-in mətbuat xidmətinin məlumatına görə, II və III ixtisas qrupu üzrə ilk (yaz) imtahan mayın 13-də keçiriləcək. Mayın 20-də I və IV ixtisas qrupu üzrə imtahan olacaq. Yay mərhələsində imtahanlar I və IV ixtisas qrupu üzrə iyulun 18-də, II və III ixtisas qrupu üzrə iyulun 26-da keçiriləcək.-0-
Cəmiyyət
-
Ötən həftə ərzində hüquq müdafiəçisi Rüfət Səfərov, MeydanTV internet televiziyası ilə əməkdaşlıq edən altı jurnalist və onların bəzi yaxınları həbs olundular. Üstəlik, siyasi şərhçi Azər Qasımlı da saxlandı. O, hədə-qorxu ilə tələb etmədə, qalanları isə qaçaqmalçılıqda şübhəli sayılır.
-
Lahıcda Vətəndaş A filminin çəkilişləri zamanı İctimai Televiziyanın çəkiliş qrupuna məxsus dron qəzaya uğrayıb. Əvvəlcə filmin operatoru dronun Azərbaycan sərhədçiləri tərəfindən vurulduğunu iddia etsə də, prodüser bu açıqlamanı təkzib edərək dronun onun səhvi ucbatından qayaya çırpıldığını bildirib.
-
Dekabrın 10-da tutqun hava şəraiti davam edəcək. Gecə yağış yağa bilər. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 7 + 10 dərəcə olacaq. Rütubət 60-70 faiz olacaq.
-
Lider mobil operator milli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirir 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında lider mobil operator jurnalistlərin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş xüsusi təlim təşkil etdi. Beynəlxalq təlim şirkəti tərəfindən keçirilən kurs çərçivəsində media nümayəndələrinə ən yeni media tendensiyalar və qabaqcıl texnologiyalar barədə geniş məlumat təqdim edildi.
Rəy yaz