Saleh Rüstəmov
Aclığın 24-cü günündə Saleh Rüstəmlinin vəziyyəti
Bakı/29.11.21/Turan: “Saleh Rüstəmlinin vəziyyəti çox kritikdir. Oynaqlarında şiddətli ağrılar başlayıb. Güclə yeriyir", - noyabrın 29-da vəkil Bəhruz Bayramov Saleh Rüstəmli ilə görüşdən sonra bildirib. Rüstəmli 24 sutkadır ki, aclıq edir.
Vəkilin sözlərinə görə, yaxınları onu quru aclığa keçməməyə razı salmağa çalışıblar. Ancaq o israrlıdır.
Həkimlərin sözlərinə görə, Rüstəmli quru aclıq aksiyasına keçərsə 12-14 saat ərzində komaya düşə bilər və onu xilas etmək mümkün olmayacaq.
Bundan öncə vəkil Rüstəmlinin işinə yenidən baxılması xahişilə Ali Məhkəmənin Plenumuna müraciət edib.
Beynəlxalq təşkilatlar, Azərbaycan ictimaiyyət nümayəndələri hakimiyyəti Rüstəmlini azad etməyə çağırıblar.
* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və " Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. —06D-
-
- Cəmiyyət
- 29 Noyabr 2021 13:06
-
- İqtisadiyyat
- 29 Noyabr 2021 14:21
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz