Armenian gunners
ADR Hərəkatı ordunun yandadı
Bakı/27.09.20/Turan: ADR Hərəkatı sentyabrın 27-də erməni hərbi birləşmələrinin atəşkəsi pozaraq bütün cəbhəboyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasını qətiyyətlə pisləyir, hucum nəticəsində yaralananlara şəfa diləyir, həlak olanların ailəsinə başsağığı verir.
ADR Hərəkatı xalqımızı ayıq olmağa, təşvişə düşməməyə, düşmənin dezinformasiyalarına uymamağa çağırır, eyni zamanda hər kəsi yaydığı informasiyalara görə diqqətli olmağa və Müdafiə Nazirliyinin açıqlamalarına istinad etməyə dəvət edir.
ADR Hərəkatı bəyan edir ki, Azərbaycan ordusunun yanındadır, milli ordunun döyüş əzminə və ermənilərin hucumunu dəf etmək qabliyyətinə inanır və əmindir ki, ordumuz tezliklə işğal altında olan topraqlarımızı mənfur düşmənlərdən azad edəcək. –0—
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz