Qarabağ ətrafında müzakirələr
Bakı/27.09.20/Turan: “Qarabağ Tribunası”nın təşəbbüsü, “Bakı Dirçəliş” ittifaqının təşkilatçılığı və bir qrup tanınmış ekspertlərin iştirakı ilə Bakının Türkan kəndində Qarabağ məsələsi ətrafında yaranmış hazırkı durum Sentyabrın 26-da müzakirə edilib.
Qarabağ ətrafında gedən son proseslərin mahiyyəti, maraqlı xarici qüvvələrin yanaşmaları, ölkəmizin təhlükəsizliyinə yarana biləcək sonuclar, eyni zamanda problemin həllində cəmiyyətin fəal iştirakının yolları, ölkə ictimaiyyətinin bu istiqamətdə atmalı olduğu addımlar barəsində geniş fikir mübadiləsi aparılıb.
Problemlə bağlı mümkün siyasi-hərbi variantlar, hərbi hazırlıqlar istiqamətində resursların vəziyyəti, təmas xətti boyunca əhalinin sosial-psixoloji vəziyyəti, regional və beynəlxalq münasibətlərin problemin həllinə təsirləri, habelə, diplomatiyamızın son durumu və imkanları dərindən təhlil edilib.
Ölkənin ciddi müxalif siyasi qurumlarının, müstəqil vətəndaş cəmiyyətinin, ictimai xadimlərin üzərinə düşən mənəvi-ictimai missiyanın aydın müəyyən edilməsi və həyata keçirilməsi imkanları ətraflı müzakirə olunub.
Problemin həllinə yönəlik sistemli ictimai fəaliyyətin və konsepsiyanın hazırlanması, reallığı əks etdirən tezislərin müəyyən edilməsi və müxtəlif metodologiya ilə cəmiyyətə çatdırılması, eləcə də dövlət-vətəndaş münasibətlərində gərginliyə və etimadsızlığa səbəb olan amillərin ortadan qaldırılması üçün təkliflərin hazırlanması məqsədə uyğun sayılıb.
“Qarabağ Tribunası” əməkdaşlıq etdiyi qurumlarla və peşəkar ekspertlərlə birgə bu istiqamətdə müzakirələri davam etdirmək, sistemli ictimai, siyasi və təşkilati strategiya həyata keçirmək barəsində müvafiq qərarlar qəbul edib.
Müzakirədə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, hüquqşünas Ələsgər Məmmədli, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, “Bakı Dirçəliş” təşkilatının sədri Abbasağa Məmmədov, politoloq Xəqani Cəfərli, politoloq Nəsimi Məmmədli və “Bakı Dirçəliş” təşkilatının İdarə Heyətinin üzvləri iştirak edib. –0—
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz