Animafilm online "3D animasiyanın əsasları kursu"na start veri
Animafilm məktəbi iki aylıq online "3D animasiyanın əsasları kursu"na start verir. Dərslər həftədə iki dəfə iki saat olmaqla Zoom proqramı vasitəsi ilə keçiriləcək. Dərs zamanı tələbələr 3D animasiyanın sirrləri və animasiya qanunlarını peşəkar animator Zaur Nəbiyevdən öyrənəcəklər.
2013-cü ildən 3D animasiya ilə məşğul olan Zaur Nəbiyev, ilk illər ANS şirkətlər qrupunun “Balans” studiyasında çalışdı. 2015-ci ildən “Azanfilm” studiyasında və 2017-ci ildən freelancer olaraq Rusiyanın “Parovoz” studiyasında, həmçinin Ukraynanın müxtəlif studiyalarında çalışdı. 2018-ci ildən həm də oyun sənayesindən freelancer animator kimi çalışır. “Əlifba”, “Mənim balaca Şahzadəm”, “Cırtdan və sehrli xalat”, “Taxtalar”, “Moki”, “Pişiklər və itlər” və başqa çoxsaylı yerli və xarici filmlərdə 3D animator kimi çalışmışdır.
Zaur Nəbiyevin showreeli: https://youtu.be/Yx0yilyv0JE
İki aylıq kursun sonunda tələbələr sertifikatla təltif olunacaq. İlk dərs pulsuzdur və sentyabr ayının 1-i başlayır. Qeydiyyatın son tarixi 30 avqustdur.
Dərs cədvəli aşağıdakı kimidir:
1) Animasiyaya giriş və animasiyanın əsasları
2) Alətlərə giriş
3) Planlaşdırma
4) Animasiya qanunları - 1
5) Animasiya “yerimə”
6) Animasiya qanunları - 2
7) Quyruqlu topun animasiyası
8) Məsləhət və fəndlər
MAYA proqramını yükləmək üçün link tələbələrlə tanışlıq zamanı müəllim tərəfindən göndəriləcək.
Animafilm məktəbi Animafilm beynəlxalq animasiya festivalının nəzdində fəaliyyət göstərən uşaqlar və böyüklər üçün animasiya məktəbidir. Ətraflı məlumat üçün Animafilm məktəbinin Facebook və ya Instagram səhifəsinə yaza bilərsiniz:
Facebook: https://www.facebook.com/animafilmschool/
Instagram: https://www.instagram.com/animafilm.school/
-
- Analitika
- 29 Avqust 2020 01:29
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz