Açiq mənbələrdən foto.
Apellyasiya Məhkəməsi müxalifətçini azad edib
Bakı/22.06.21/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Səid Məmmədzadənin (Bakuvi) azad edilməsi barədə qərar qəbul edib.
Hakim Faiq Qəniyev real müddəti şərti cəza ilə əvəz edib.
Bu il aprelin 28-də hakim İbrahim İbrahimlinin sədrliyilə Xətai məhkəməsi Məmmədzadənin (Bakuvi) 3 il və 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü (silah kimi istifadə olunan predmetin tətbiqi ilə xuliqanlıq) maddəsi üzrə təqsirli bilinib.
Məmmədzadə özü bildirib ki, onu yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqid etdiyinə görə cəzalandırırlar.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə qeyd edib ki, dəfələrlə yarışlarda Azərbaycanın şərəfini qorumuş idmançı Bakuvinin həbsi siyasi sifarişdir.
Səid Məmmədzadə qarışıq döyüş növləri üzrə Avropa çempionudur.
Bu gün Apellyasiya Məhkəməsi 3,5 il həbs müddəti 2 il sınaq müddəti olmaqla eyni müddətə şərti cəza ilə əvəzləyib.-16D06-
-
- Sual-cavab
- 22 İyun 2021 12:43
-
- Maliyyə
- 22 İyun 2021 13:02
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz