
Açiq mənbələrdən foto.
Apellyasiya Məhkəməsi Vüqar Səfərlinin və Ata Abdullayevin barəsində hökmləri qüvvədə saxlayıb
Bakı/29.03.22/Turan: Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsi keçmiş KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin şikayətini təmin etməyib.
O, mənimsəmə, sui-istifadə və saxtakarlıq ittihamı ilə 10,5 il müddətinə azadlıqdan məhrum edilib. Əsasən Səfərli jurnalistlər üçün ev tikintisinə ayrılan vəsaitin mənimsənilməsində ittiham olunub.
Bu gün Apellyasiya Məhkəməsi özünü bloger adlandıran Ata Abdullayevin şikayətini də təmin etməyib. O, hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hakimiyyət müxalifətə qarşı təxribatlar törətmək üçün Abdullayevdən istifadə edib. Lakin sonradan o, sahibkarlardan pul tələb edərək reketliklə məşğul olub. -03B06-
Rəy yaz