Açiq mənbələrdən foto.
Aqrar İnkişaf Mərkəzinin direktorunun ölümündə baş mühasib şübhəli bilinir
Bakı/08.10.21/Turan: Oktyabrın 8-də saat 13:00 radələrində Goranboy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında mərkəzin direktoru Ziyad Əhmədov qətlə yetirilib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Məlumata görə, arasdırmalarla şəxsi münasibətlər zəminində yaranmış mubahisə zamanı Mərkəzin baş mühasibi Mirhadi Bağırovun Əhmədova bıçaqla xəsarət yetirərək qəsdən oldurməsinə əsaslı subhələr yaranıb.
Məlumatda vurğulanır ki, faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mirhadi Bağırov sübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.-05D-
-
- Siyasət
- 8 Oktyabr 2021 17:53
Cəmiyyət
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 156
Rəy yaz