ASMAİ 117 nəfərdən ibarət yeni siyasiməhbuslar siyahısını dərc edib
Bakı/31.07.19/Turan: "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı (ASMAİ) siyasi motivlərlə həbs edilən şəxslərin yeni siyahısını dərc edib. Siyahıda 117 nəfərin adı var, onlar 8 qrupa təsnif edilib.
"Jurnalistlər və blogerlər" qrupunda 6 nəfər var. Bu qrupdan azadlığa çıxan jurnalist Seymur Həzinin adı çıxarılıb.
"Hüquq müdafiəçiləri" qrupunda bir nəfər - Əliabbas Rüstəmov qalıb.
"Müxalif partiya və hərəkatların üzvləri" siyahısında 6 nəfər var. Bu siyahıdan Müsavat Partiyasının fəalı Azad Həsənov çıxıb.
"MTN-dəki cinayətlərin qurbanları" kateqoriyasında 3 nəfər var - bu, "Səid Dadaşbəylinin qrupu" işi üzrə həbs edilənlərdir.
Avropada yaşayan bacısının həyat yoldaşı Türkel Azərtürkün müxalif jurnalist fəaliyyətinə görə həbs edilmiş Emin Sagiyev "siyasi girov" kimi tanınıb.
Ən çox ad "Dindarlar" qrupundadır - 55 nəfər.
Gəncə işi ilə bağlı siyası məhbusların sayı artıb. 2019-cu ilin iyulunda tərtib edilmiş əvvəlki siyahıda 18 nəfər var idisə, hazırda bu qrupda 31 nəfər var.
"Ömürlük məhbuslar" qrupunda 14 nəfər qalıb.
* ASMAİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Şurasının sədri Eldəniz Quliyev tərəfindən yaradılıb. -06D-
-
- Siyasət
- 31 Avqust 2019 13:02
-
- Bazarların icmalı
- 2 Sentyabr 2019 11:21
Cəmiyyət
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Rəy yaz