Qubadlının işğalının 26-cı ildönümü
Bakı/31.08.19/Turan: 26 il əvvəl - 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal ediblər.
Rayonun ərazisi 802 kv kilometr, əhalisi 30 min nəfərdir. Rayonun müdafiəsi zamanı 283 nəfər həlak olub.
Hazırda Qubadlı qaçqınları Azərbaycanın müxtəlif yaşayış məntəqələrində yaşayırlar.
"Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Qubadlı rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və erməni əsilli şəxslərin məskunlaşmasına yönəldilən cəhdlər kimi qeyri-qanuni əməllərini davam etdirir", deyə Azərbaycan XİN-in işğalın ildönümü ilə bağlı bəyanatında bildirilir.
BMT Təhlükəsizlik Şurasının 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı kəskin şəkildə tənqid edilib. -02D-
-
- Cəmiyyət
- 31 Avqust 2019 14:06
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz