Robert Koçaryan Zaqafqaziyanın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib - Putin
Bakı/31.08.19/Turan: Rusiya prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan eks-prezidenti Robert Koçaryana 65 illiyi ilə əlaqədar təbrik məktubu göndərib.
"65 illiyinizlə əlaqədar səmimi təbriklərimi qəbul edib.
Çoxillik dövlət fəaliyyətinizlə xaricdə də həmvətənləriniz arasında böyük hörmət qazanmısınız, müasir Ermənistanın inkişafına, Zaqafqaziyada təhlükəsizliyin və sabitliyin təmin edilməsinə mühüm töhfə vermisiniz.
Sizi dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi üçün çox şey etmiş Rusiyanın gerçək dostu kimi tanıyırıq.
Hörmətli Robert Sedrakoviç, Sizə möhkəm can sağlığı, mənəvi güc və mətanət arzu edirik.
Hörmətlə,
Vladimir Putin".
Məktubun mətni Rusiya prezidentinin saytında yerləşdirilib.
Xatırladaq ki, Koçaryan Ermənistanda konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib. -02D-
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz