Astarada canavar yeddi nəfərə hücum edib
Bakı/29.11.18/Turan: Noyabrın 29-da səhər Astara rayonunda canavar sürüsü adamlara hücum edib. Astara Rayon İcra Hakimiyyətindən Turan-a bildiriblər ki, dağətəyi Şüvü kəndi ərazisində canavarlar 4 məktəblini dişləyib. Sekraşan kəndində 1 nəfər, Züngüləş kəndində isə 2 nəfərə canavar hücum edib. Yaralıların vəziyyəti orta ağırdır, Astara rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Onlar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələlik baş verənləri şərh etmir. -05D06-
Cəmiyyət
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Rəy yaz