Avropa Oyunlarına biletlərin qiymətləri açıqlanıb
2015-ci il Avropa Olimpiya Oyunlarına biletlərin qiymətləri açıqlanıb. Belə ki, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti müvafiq olaraq 200 və 100 manat olacaq. Bu barədə idman və gənclər naziri Azad Rəhimov jurnaıistlərə bildirib.
Təsnifat yarışlarına bilet 3 manat, final yarışlarına bilet 5 manat olacaq.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək idmanın 20 növü üzrə keçiriləcək. –06D-
-
- İqtisadiyyat
- 8 Oktyabr 2014 15:23
-
- Cəmiyyət
- 8 Oktyabr 2014 15:33
Cəmiyyət
-
Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə yenidən saxlanılıb. Bu barədə Turana Müsəlman Birliyi Hərəkatından verilən məlumatda bildirilir ki, dini inanclı fəal oktyabrın 26-da qızının gözü qarşısında saxlanılaraq aparılıb. Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.
-
Həbsxanada 136 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti ağır olaraq qalır.
-
Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz hava dəyişkən buludlu, əsasən yağıntısız keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
-
Oktyabrın 25-də paytaxtın Nizami rayonundakı “Astoria” mehmanxana kompleksində yanğın baş verib.
Rəy yaz