Səid Məmmədzadə (Bakuvi)
AXCP fəalı 3,5 il həbsə məhkum edilib
Bakı/28.04.21/Turan: Bu gün, aprelin 28-də Bakının Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səid Məmmədzadə (Bakuvi) barədə 3,5 il həbs hökmü çıxarıb və fəal məhkəmə zalında həbsə alınıb.
Dövlət ittihamçısı fəala 4 il həbs istəmişdi.
Məmmədzadə barədə ötən il mayın 18-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) ilə günahlandırılır.
Daxili İşlər Nazirliynin mətbuat katibi Ehsan Zahidov bildirib ki, Səid Məmmədzadə maşınyuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.
Ötən il iyulun 20-də Xətai rayon Məhkəməsi Səid Məmmədzadə (Bakuvi) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edib.
Səid Məmmədzadənin həbsi Facebook səhifəsində hökuməti və yüksək vəzifəli rəsmi şəxsləri kəskin tənqidindən sonraya təsadüf edir.
O ittihamı qəbul etmir. və məhkəmədə kiməsə xəsarət yetirmədiyini bildirib.
AXCP sədri Əli Kərimli bildirib ki, ölkənin adlı-sanlı idmançısı, mötəbər yarışlarda Azərbaycan bayrağını dəfələrlə ucaltmış Səid Bakuvinin həbsi siyasi sifarişdir.-0-
-
- Cəmiyyət
- 28 Aprel 2021 15:24
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz