Açiq mənbələrdən foto.
“Az Fiş” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb
Bakı/30.03.21/Turan: “Az Fiş” Məhdud Məsuliyyətli Cəmiyyətin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Xaçmaz rayonunun Sərəkli kənd ərazisində yerləşən gölün ətrafını hasarlaması ilə bağlı araşdırma Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə tapşırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin martın 30-da yaydığı məlumatda deyilir.
Məlumata görə, araşdırmalarla “Az Fiş” Məhdud Məsuliyyətli Cəmiyyətin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmadan Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində icarə müqaviləsində nəzərdə tutulduğundan dəfələrlə artıq torpaq sahəsini qanunsuz zəbt etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumatda deyilir ki, yoxlama zamanı toplanmış materiallarda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və vəzifə səlahiyyətlərindən sui- istifadə ilə bağlı cinayətlərin əlamətləri müəyyən olunub.
Odur ki, fakt üzrə “Az Fiş” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayəti işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.-05D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz