Azadxeber.net saytının redaktor əvəzi saxlanılıb
Ötən gün axşam Azadxeber.net dini saytının redaktor əvəzi İlkin Məmmədli saxlanılıb.
Jurnalistin həmkarları bildiriblər ki, İ.Məmmədli Bakıxanov qəsəbəsində saxlanılıb.
Mağazaya gedən gənc geri dönməyib. Sonradan şahidlər bildiriblər ki, mülki geyimli şəxslər jurnalisti avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıblar.
Sabunçu Rayon Polis İdarəsində İ.Məmmədlinin saxlandığını atasına təsdiqləyiblər.
Onun DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı ehtimal edilir.
Azadxeber.org saytının redaktoru Nicat Əliyev həbsdədir. O 2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsini tənqid etdikdən sonra həbs olunub. Sonradan dini ədavətin qızışdırılmasında, qanunsuz silah saxlanmasında ittiham edilib və 10 il azadlıqdan məhrum olunub.06D-
-
- İqtisadiyyat
- 2 Dekabr 2015 00:38
-
- Söz istəyirəm
- 2 Dekabr 2015 11:08
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz