Congress. Reuters
Azərbaycan DQMŞ-nın ABŞ Konqresinin üzvlərinə müraciəti
Bakı/19.07.20/Turan: Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası ABŞ Konqresinin nümayəndələrinə iyulun 20-də Konqresdə müzakirə olunmuş Dövlət Müdafiəsi haqqında Qanuna düzəlişi qəbul etməmək çağırışı ilə müraciət edib.
Qanun layihəsi ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsinin qadağan edilməsini nəzərdə tutur.
Müraciətdə qeyd edilir ki, bu düzəliş qəbul edilsə, ABŞ hökumətinin beynəlxalq səviyyədə tanınmış təcavüzkar və Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının üzvü olan Ermənistanla qarşı-qarşıya olan Azərbaycana - strateji tərəfdaşına hərbi yardım göstərməsinə mane olacaq.
DQMŞ qeyd edir ki, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini pozmasına, digər beynəlxalq təşkilatların təkrarlanan çağırışlarına baxmayaraq, bu vəziyyət 27 ildən çoxdur davam edir.
Atəşkəsə baxmayaraq, Azərbaycan daim münaqişə xəttindən kənardakı hədəf kəndlərdə, habelə Azərbaycan-Ermənistan sərhədinin hüdudlarından kənarda münaqişəyə cəlb edilməmiş ərazilərdə öz vətəndaşlarını itirir. Qurbanlar arasında 2017-ci ildə Füzulidə öldürülmüş 14 aylıq Zəhra kimi mülki şəxslər də, bu yaxınlarda ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərdən uzaqda, Ermənistanla sərhəddə yerləşən Tovuz rayonuna artilleriya qurğularından atəş açması nəticəsində həlak olmuş general Polad Həşimov və digər 11 hərbiçi də var.
"Əsas müxalifət platforması və amansız Azərbaycan diktatoru İlham Əliyevin ən sərt tənqidçisi olaraq biz Birləşmiş Ştatları və Avropa İttifaqını dəfələrlə Azərbaycanın kleptokratik və despotik rejiminin liderlərinə və insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırmışıq. Bu çağırışla biz Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar çağırışımızı bərpa edirik, amma bu sanksiyalar Azərbaycana və onun millətinə qarşı yönəlməməlidir. İlham Əliyev və ABŞ arasındakı çirkin hesablara görə Azərbaycan xalqı cavab verməməlidir. Yanlış və ədalətsiz qərarlara görə Azərbaycanlıların nüfuzuna xələl gəlməməlidir", deyə müraciətdə bildirilir.
"Təcavüzkara qarşı dözümlülük və təcavüz qurbanının cəzalandırılması - bizim hörmətli Amerika senatorlarından və nümayəndələrindən, Minsk qrupunun həmsədri olan ölkədən və Azərbaycanın ən böyük strateji müttəfiqindən gözlədiyimiz bu deyil.
Ümid edirik ki, Konqresdəki dostlarımızın regionda yeni gərginliyə gətirib çıxara biləcək bu səhvi düzəltmək və ədaləti və beynəlxalq hüququ qorumaq imkanı olacaq", deyə DQMŞ konqresmenlərə müraciətinin sonunda qeyd edir. –0-
-
- Sual-cavab
- 19 İyul 2020 11:50
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 229
Rəy yaz