
Bakı / 19.07.20 / Turan: Kürd agentliyi Firat-ın Suriya müxalifətinin silahlı qruplarından olan döyüşçülərin Türkiyə ordusu tərəfindən Azərbaycana dəstək üçün göndərməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Bu barədə bazar günü TASS-a Türkiyə tərəfinin rəsmi nümayəndəsi bildirib.
"Bu doğru deyil”, deyə mənbə qeyd edib.
Azərbaycan tərəfinin nümayəndələri də TASS-a verdiyi müsahibədə bu məlumatın "uydurma və saxta" olduğunu deyiblər.
Bundan əvvəl Firat Türkiyənin "Suriya Azad Ordusu" üzvlərini Azərbaycana göndərməyə hazırlaşdığını iddia edib. Agentlik bu iddia ilə bağlı heç bir rəsmi mənbəyə istinad etməyiblər. -06B-
Rəy yaz