koronavirusinfo.az
Azərbaycanda COVİD-19-dan ölənlərin sayı 8000-ni ötüb
Bakı/07.12.21/Turan: Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 1530 yeni hal aşkar edilib, 1 864 xəstə sağalıb, 21 nəfər vəfat edib. Bu barədə dekabrın 7 – də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Pandemiya başlayandan yoluxanların ümumi sayı 598 503-ə çatıb, o cümlədən 567 385 nəfər müalicə olunub, 8 004 nəfər ölüb, 23114 nəfər aktiv xəstənin müalicəsi davam edir.
Sutka ərzində 12 863 test keçirilib.
Son sutka ərzində 35 926 nəfər COVİD-19-a qarşı peyvənd olunub.
Gün ərzində birinci doza peyvənd olunanların sayı 4 572, ikinci dozanı qəbul edənlərin sayı 4 617 nəfər, buster doza alanların sayı 26 737 nəfər olub.
Hazırda Azərbaycanda vaksinasiyanın ümumi sayı 10 739 068 təşkil edir ki, onlardan da ilk dozanı 5 103 256, hər iki dozanı 4 597 903, buster dozanı 1 037 909 nəfər qəbul edib.—06D-
-
- Maliyyə
- 7 Dekabr 2021 16:47
-
- Sual-cavab
- 7 Dekabr 2021 17:19
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz