Azərbaycanda koronavirus infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb
Bakı/26.04.21/Turan: Azərbaycanda koronavirus infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir.
Azərbaycanda son sutka ərzində 5732, hazırkı dövrədək isə 3 195 268 test aparılıb.-0-
Cəmiyyət
-
Bu ay Bakıda Laser Beauty Clinic özəl klinikasında ixtisassız həkimlər tərəfindən qanunsuz cərrahi əməliyyatların aparılması halları aşkar edilib. Nəticələr barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirib. Mərkəz vətəndaşların şikayətlərindən sonra klinikada yoxlama aparıb.
-
Turana bu barədə məlumatı məhkəmədən təsdiq ediblər. Belə ki, yazıçı Sürəyya Ağayeva tərəfindən xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam alındığı deyilir.
-
Hərbi ekspert, dövlət telekanallarının daimi qonağı Ədalət Verdiyevə qarşı hərbi sirrin açıqlanması üzrə ciddi ittiham irəli sürülüb. Bu ittihamla (Cinayət Məcəlləsinin 308-ci maddəsi) əgər günahkar açıqlamanın qərəzsizliyini sübut edərsə, 3-7 il həbs cəzasına məhkum edilə bilər. Ağırlaşdırılmış halda cəzanın müddəti 4-8 il azadlıqdan məhrumetmə ola bilər.
-
Noyabrın 28-də Bakıda və Abşeronda yağış yağacağı gözlənilir, Milli Hidrometeorologiya Xidmətinin sinoptikləri bildiriblər. Lakin Bakıda yağışla bağlı bugünkü proqnoz özünü doğrultmayıb.
Rəy yaz