Açiq mənbələrdən foto.
Azərbaycanda uşaq bağçaları və problemin həlli yolları
Bakı/29.06.22/Turan: Təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaq bağçaları ilə bağlı yeni qaydaların hazırlanmasının zamanı çatıb.
Nazir qeyd edib ki, bağçalarla bağlı diaqnostik qiymətləndirmə aparılıb.
Onun sözlərinə görə, birinci mərhələdə əsas iş bağçalara uşaq qəbulunun qaydaya salınmasıdır.
“İkinci işimiz ilk dəfə müəllimlərin, tərbiyəçilərin bağçalara işə qəbulunun vahid formatda aparılmasıdır”, - o deyib.
Ekspertlərin qiymətləndirilmələrinə görə, ölkədə lazımı qədər uşaq bağçası yoxdur. Belə olan halda bütün bunlar necə həyata keçirilməlidir?
2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə ayırılması nəzərdə tutulub.
Təhsil Nazirliyindən Turan-a bildirilib ki, hazırlanan yeni qaydalara əsasən şagird və tərbiyəçilərin işə qəbulu vahid elektron formatda keçiriləcək. Uşaq bağçaları ilə bağlı vahid məlumat sisteminin yaradılması planlaşdırılır. Proses yaxın zamanlarda bitəcək. Bundan sonra bağçalara uşaq qəbulu və işə qəbul şəffaflaşacaq və asanlaşacaq.
Qurumdan qeyd olunub ki, uşaq bağçalarında qidalanma rasionu ilə bağlı da qaydalar köhnəlib. Yenisinin tətbiqi zaman tələb edir. Bu istiqamətdə müəyyən pilot layihələr üzərində işlər aparılaraq nəticələr ictimaiyyətə təqdim olunacaq.
Nazirlikdən vurğulanıb ki, gələcək illərdə yeni uşaq bağçalarının tikilməsi mümkün ola bilər: "Uşaq bağçaları nazirliyin balansına az müddətdir verilib. Bu səbəbdən hazırda araşdırma mərhələsindəyik”.
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda ölkədə 1693 dövlət uşaq bağçası var və orada 123 min uşaq tərbiyə alır: “2011-ci ildə ölkə prezidentinin sərəncamı ilə uşaq bağçaları icra hakimiyyətlərinə verildi və bundan gözləntilərimiz daha böyük idi. Amma 10 il ərzində orada hər hansı inkişaf görmədik. Bu 10 il ərzində uşaq bağçaları 20 il geri düşdü. 2021-ci ildə ölkə başçısı yenidən uşaq bağçalarını Təhsil Nazirliyinə qaytardı”.
Ekspertin sözlərinə görə, 2011-2021-ci illərdə uşaqların bağçalara qəbulu şəffaf olmayıb: “Bu, tərbiyəçilərin qəbuluna da aiddir. Qidalanma ilə bağlı ciddi problemlər vardı. Kim pul verirdisə onun uşağını bağçaya götürürdülər, işə qəbul prosesi müsabiqə yolu ilə keçirilmirdi, icra hakimiyyətləri kimi istəyirdilər işə qəbul edirdilər.”
O qeyd edib ki, artıq proses dəyişib: “Burada ilk olaraq tətbiq ediləcək qayda - uşaq bağçalarının yerləşdiyi mikroərazidə qeydiyyatda olan uşaqların qəbulu həyata keçiriləcək. Əvvəl Xətai rayonunda yaşayan uşağı Nəsimi rayonunda yerləşən bağçaya qəbul edirdilər. İndi bu, mümkün olmayacaq. Hər kəs yaşadığı əraziyə yaxın bağçaya müraciət edə biləcək və kənar yerlərdə bağçada yer boş qalarsa, ora müraciət etmək hüququ qazanacaq. Bu, şəffaflıq üçün çox vacibdir.”
Əsədovun fikrincə, uşaq bağçalarına işə yalnız ali təhsili və orta ixtisas təhsili olan şəxslər qəbul edilməlidir.
Uşaq bağçalarının sayına gəlincə, ekspert bildirib ki, bağçaların sayı həddindən artıq azdır. “Biz təklif etmişik ki, bu sahədə özəl sektor vergilərdən azad edilsin. Bakıda cəmi 240 uşaq bağçası var. Azərbaycan üzrə uşaqların cəmi 25 faizi uşaq bağçalarına cəlb edilir. Elə regionlar var ki, məsələn Qax, Zaqatala, Daşkəsən, Gədəbəy, orada uşaqların 2 faizi belə uşaq bağçalarına cəlb edilə bilmir. Ona görə də özəl sektora dəstək vermək lazımdır, kommunal xərclərə, vergilərə güzəşt tədbiq edilməlidir. Bu, olmasa, iş çətin olacaq”, - o qeyd edib.-0-
-
- Siyasət
- 29 İyun 2022 14:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz