Azərbaycandan keçən yük maşınında 304 kq heroin aşkar edilib
Bakı/28.11.19/Turan: Azərbaycan gömrükçüləri Azərbaycandan keçərək İrandan Ukraynaya gedən yük maşınında böyük heroin partiyası müsadirə ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, narkotik Biləsuvar gömrük-buraxılış məntəqəsində, Ukrayna vətəndaşı Leonid Qayefskinin idarə etdiyi "Reno" markalı yük maşınının yoxlanışı zamanı aşkar edilib.
Avtomobildə İranın "Hadyeh Golbaf Jahan Co." şirkəti tərəfindən Ukraynanın "Limited Liability Company Kasrik Ukraine LLC" şirkətinin ünvanına göndərilən 500 rulon "süni dəri" kimi sənədləşdirilmiş yük olub. Amma 288 rulonun içində içərisinə ümumi çəkisi 304 kq olan polietilen heroin paketlərinin gizlədildiyi karton borular aşkar edilib. Faktla bağlı araşdırma aparılır. -16D-
-
- Siyasət
- 28 Noyabr 2019 14:16
-
- İqtisadiyyat
- 28 Noyabr 2019 15:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz