Bazar günü Bakıda küləkli hava gözlənilir

Bazar günü Bakıda küləkli hava gözlənilir

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağıntısız olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 22+26 dərəcə olacaq, Ekologiya və Milli Sərvətlər Nazirliyi  Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında hava əsasən yağıntısız olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 12+17, gündüz müsbət 22+27, dağlarda gecə müsbət 4+8, gündüz müsbət 8+13 dərəcə isti olacaq.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti