Bir qrup qadın ABŞ səfirliyi qarşısında aksiya keçirib (Video)
Bakı/25.10.19/Turan: Oktyabrın 25-də bir qrup qadın ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Qadınlar plakatlar qaldıraraq, 19 oktyabr mitinqi zamanı dinc vətəndaşlara qarşı polis zorakılığını pisləyiblər.
Onlar həmçinin sosial problemlərin həllini tələb ediblər və dövlət orqanlarında korrupsiyanı pisləyiblər.
Hadisə yerinə gələn polis dəstələri qadınları ərazidən uzaqlaşdıraraq, bir iştirakçının müraciətlərini səfirliyə təqdim etməsinə icazə verib.
“Biz Amerikalı diplomatlardan ifadə azadlığının təmin edilməsi, müxalifətə qarşı polis zorakılığına son qoyulması və toplaşmaq azadlığının təmin edilməsi üzrə səylərimizi dəstəkləməyi xahiş etdik.
Məni dinlədilər və Azərbaycan hakimiyyəti ilə görüşlərdə bu məsələri qaldırmağa söz verdilər”, deyə səfirlik binasından çıxan aksiya iştirakçısı bildirib. -21B-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2019 16:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz