Dağıstanda Azərbaycan vətəndaşlarının kütləvi aclıq aksiyası
Bakı/07.06.20/Turan: Azərbaycan vətəndaşları dördüncü gündür ki, Dağıstanın Qullar qəsəbəsində kütləvi aclıq aksiyası keçirirlər.
Aksiya “Evə istəyirik!” şüarı altında keçirilir.
Aclıq aksiyasında 200 nəfərə yaxın adam daimi və ya növbə ilə iştirak edir.
Adamlar Azərbaycan və Rusiya hakimiyyətlərindən tezliklə sərhəddən buraxılmalarını tələb edirlər.
Onların çoxu bir aydan çoxdur ki, sərhəddə yaşayır.
Son 20 gündə üç partiya olaraq 271 nəfər sərhəddən buraxılıb. Buna baxmayaraq, yeni gələnlərin hesabına sərhəddə hələ də təxminən 650-700 nəfər toplaşıb.
Onların yarısı çadır düşərgəsində, qalanları şəxsi avtomobillərdə, yarıtikilmiş binalarda, sellofandan düzəldilmiş çadırlarda yaşayır.
“Biz burada - çöldə yaşamaqdan yorulduq. Gündüz çox isti olur, yuyunmaq imkanı yoxdur, normal qidalanma yoxdur, çoxunda pul qalmayıb”, - çadır düşərgəsinin sakinlərindən biri bildirib.—06D-
-
- Söz istəyirəm
- 7 İyun 2020 12:59
Cəmiyyət
-
2017-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Qubadlıdan qaçqın olan Əliyevlər ailəsinin (Əkbər, Sərvinaz, Ramil və daha iki ailə üzvü) 12-ci mikrorayon, ev 7A, mənzil 35 ünvanında qanunsuz tutduğu mənzildən çıxarılması barədə qərar qəbul edib. Məhkəmə əmlakın qanuni sahibinə- Səmayə Əliyevaya qaytarılması barədə qərar qəbul edib.
-
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava tutqun, yağışsız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
-
Bakının məşhur restoranlarından olan “Şuşa” restoranın söküntüsü davam etdirilir. Bu gün səhər saatlarında bir neçə ekskavator restoranının ətrafında söküntü işlərini davam etdirib.
-
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Rəy yaz