Açiq mənbələrdən foto.
Daha 22 ailə Ağalıya qayıdır
Bakı/12.08.23/Turan: Bu gün daha 22 ailə - Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 106 nəfər daimi yaşamaq üçün Zəngilan rayonunun Ağalı kəndinə qayıdacaq.
Erməni işğalına qədər onlar işğalçılar tərəfindən tamamilə dağıdılmış Ağalı-1, Ağali-2 və Ağalı-3 kəndlərində yaşayıblar.
Bu kəndlərin yerində Ağalı “ağıllı kənd” salınıb.
Say tərkibi nəzərə alınmaqla köçürülən ailələrdən 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü isə beşotaqlı fərdi yaşayış evləri ilə təmin olunub.
Ağalı sakinlərinin ümumi sayı bugünkü köçürülmə nəzərə alınmaqla 526 nəfərə çatacaq. 06В
-
- Siyasət
- 12 Avqust 2023 10:57
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz