Daha bir bloger Azərbaycan XİN-in �qara siyahısı�na düşdü

Bakı/11.05.17/Turan: Azərbaycan XİN rusiyalı bloger, İsrail vətəndaşı Anton Qusiki “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Bu yaxınlarda Dağlıq Qarabağda səfərdə olan A. Nosik bu barədə Live Journal-da öz səhifəsində yazıb.

Özünəməxsus abırsızlığı ilə seçilən A.Qusik növbəti dəfə Azərbaycanın əleyhinə bəyanatla çıxış edib.

O, martın sonlarında Qarabağa blogerlərin forumuna gedərkən bildirib ki, bunu qəsdən, həbsdə olan dostu, israilli Aleksandr Lapşini həbs etmiş Bakının acığına edir. 

“Onu da Lapşinin aqibətinin gözləyəcəyindən ehtiyat etmirmi” sualının cavabında A.Nosik deyib: “Acıqlandırmaq mənim prinsipial mövqeyimdir”. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti