Məhəmməd Mirzəli

Məhəmməd Mirzəli

Bakı/22.11.18/Turan: Fransada siyasi mühacirətdə olan bloger Məhəmməd Mirzəli yeznəsi, Laçın rayonundan məcburi köçkün Elman Ağayevin saxlandığını bildirib.

M.Mirzəli Turan-a bildirib ki, E.Ağayev noyabrın 20-də saxlanılıb."Elmanı axşam evə gələrkən saxlayıblar. Noyabrın 21-də evlərinə zəng edib bildiriblər ki E.Ağayev Binəqədi polisi tərəfindən saxlanılıb. Guya, uzərindən narkotik maddə aşkar edilib", - M.Mirzəli bildirib.

O, E.Ağayevin saxlanmasını özünün Azərbaycan hakimiyyətinin ünvanına tənqidləri ilə əlaqələədirib .

M.Mirzəli qeyd edib ki, E.Ağayev əvvəllər də bir neçə dəfə saxlanılıb və inzibati həbs cəzası alıb.

E.Ağayevin dostları "Azadlıq" radiosuna bildiriblər ki, o, inzibati qaydada iki ay həbs cəzası alıb. Detallar məlum deyil.

23 yaşlı M.Mirzəli AXCP üzvüdür və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edir.

Vaxtilə "Əsgər ölümlərinə son!" aksiyasında iştirakına görə təqiblərlə üzləşib və bundan sonra Azərbaycanı tərk edib.

Qeyd edək ki, rəsmi Bakını xaricdən tənqid edən fəal blogerlərin demək olar ki, hamısının qohumlarına təzyiq göstərilir, onlar təqib olunur.

Belə praktika Azərbaycan hakimiyyəti tərəfindən bir neçə ildir ki, həyata keçirilir.05B06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti