Açiq mənbələrdən foto.
Dəniz Agentliyinin pis hava şəraiti ilə əlaqədar görülən təhlükəsizlik tədbirləri barədə məlumatı
Bakı/23.02.21/Turan: Azərbaycan Dövlət Dəniz Agentliyi fevralın 23-dən etibarən Xəzər hövzəsində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar xəbərdarlıq yayıb.
Agentliyin məlumatına görə, fevralın 23-də axşam Bakıda və Abşeronda küləyin gücü saniyədə 18-23, arabir 25-30 metrə çatacaq.
Fevralın 24-də küləyin gücü saniyədə 32-35 metrə qədər güclənəcək. Fırtına olacağı, havanın temperaturunun 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir. Dənizdə dalğaların yüksəkliyi 5-7 metrə çata bilər.
Gəmi sahiblərinə, kapitanlara və limanlara nəzarət edən müfəttişlərə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstərişlər verilib. Hövzədəki gəmilər təhlükəsiz yerə aparılıb. -02D-
-
- Cəmiyyət
- 23 Fevral 2021 11:03
-
- İqtisadiyyat
- 23 Fevral 2021 12:14
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz