Açiq mənbələrdən foto.
Diplomlarının tanınmasından imtina olunan ali məktəblər
Bakı/30.03.21/Turan: Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edir. Bu iki səbəbdən birincisi, tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, ikincisi isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır. Bu barədə Azərbaycan Təhsil Naziriyinin martın 30-da yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, 2017-ci ildən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.
“Həmin ali təhsil müəssisələrinin tələbələri ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir”, - məlumatda vurğulanır.
Nazirlik eyni zamanda ən çox imtina edilən ali məktəblərin də adlarını təqdim edir:
Regionlararası Heyətin İdarəolunması Akademiyası, 152
Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti 103
İvanovo Dövlət Universteti 101
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası 101
Karazin adına Xarkov Milli Universiteti 76
Dağıstan Dövlət Pedoqoji Universiteti 68
Poltava İqtisadiyyat və Ticarət Universiteti 68
Tbilisi Açıq Tədris Universiteti 64
Avropa Universiteti 60
Gürcüstan Texniki Universiteti 58 -05D-
-
- Maliyyə
- 30 Mart 2021 13:42
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz