Dövlət Statistika Komitəsi boşanma hallarının artıdığını deyir

Bakı/15.02.18/Turan: Keçən il Azərbaycan əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-inə 9898085 nəfərə çatmışdır.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.

Komitə bildirir ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 144041 nəfər və ya hər gün orta hesabla 395doğulmuş körpə qeydə alıb, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil etmişdir.

Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olmuşdur.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşmüşdür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib, hər 1000 kişiyə 1004 qadın düşüb.

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb. -0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti