Azadliq.org
Əfqan Muxtarlı 21 kilo arıqlayıb
Bakı/29.07.17/Turan: Həbsdəki jurnalist Əfqan Muxtarlını həkimlər müayinə ediblər. Onun mədəsində "qastrit" yarandığı bəlli olub.
Bu haqda Azadlıq Radiosuna bu gün, iyulun 28-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkili Zibeydə Sadıqova məlumat verib.
Ə.Muxtarlının ürəyində də problemlər yarandığı bildirilir.
"Ə.Muxtarlının nəbzi də yoxlanılıb. Onun ürək ritmlərinin normadan artıq oldyğu müəyyən edilib", deyən vəkilin sözlərinə görə, Ə.Muxtarlı ciddi çəki itirib. Həbs edildikdən sonra çəkisi 21 kiloqram azalıb.
Vəkilin sözlərinə görə, jurnalisti müayinə edən həkimlər onın müalicəsi üçün respept yazıblar. Ancaq onun dərmanlarla təchiz edilməsi ilə bağlı hər hansı addım atılmayıb.
Z.Sadıqova Ə. Muxtarlının telefonla qanuni maraq kəsb edən şəxslərlə danışmasına yasağın hələ də qaldırılmadığını, həyat yoldaşı, bacısı ilə danışa bilmədiyini bildirib.
Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlıbir sıra araşdırma yazılarının da müəllifi idi.
-
- Sual-cavab
- 29 İyul 2017 11:30
-
- Siyasət
- 29 İyul 2017 11:50
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz