Eldəniz Quliyev prokurorluğa çağırıldı
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mәrkәzinin (KM) üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Turan-a E.Quliyev özü bildirib.
E.Quliyevin bildirdiyinə görə, mayın 3-də, saat 10-da adı çəkilən idarədə olması istənilir.
E.Quliyevə prokurorluğa hansı səbəbdən çağırılması barədə bilgi verilməyib.
Xatırladaq ki, bu il aprelin 8-də Milli Şura Bakıda mitinq keçirib. Həmin mitinqdən sonra Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prokurorluğa çağırılıb. Ə.Kərimlidən başqa müavini Gözəl Bayramlı, habelə AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib. Onlar artıq idarədə şahid qismində dindiriliblər.
Prokurorluqda onlara məlum olmuşdu ki, xaricdən siyasi sığınacaq almaq istəyənlərə saxta sənədlərin verilməsi faktı üzrə cinayət işi açılıb.
-
- Siyasət
- 27 Aprel 2017 11:07
-
- İqtisadiyyat
- 27 Aprel 2017 12:05
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz