Ermənilər azərbaycanlı əsgərin cəsədini qaytarıblar
Bakı/28.11.17/Turan: Bu gün Ordubad istiqamətində (Naxçıvan) Azərbaycan və Ermənistan hərbi postları arasında neytral zonada tapılmış əsgər Bəhruz Cəlilbəylinin cəsədinin təhvil verilməsi mərasimi keçirilib.
Azərbaycan Hərbi Əsirlər və Girovlarla İş üzrə Dövlət Komissiyası bildirib ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Qızıl Xaçın vasitəçiliyi ilə B.Cəlilbəylinin cəsədi Azərbaycan tərəfinə verilib.
Ötən həftə Ermənistan Müdafiə Nazirliyi erməni mövqelərinin yaxınlığında azərbaycanlı hərbçinin cəsədinin aşkar edildiyini bildirmişdi.
Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, B.Cəlilbəyli hərbi hissəni özbaşına tərk edib, cinayət törədib. Ancaq onun hansı cinayəti törətdiyi açıqlanmayıb.
Sentyabrın sonlarında Meydan.TV B.Cəlilbəylinin üç nəfər xidmət yoldaşını öldürməsi və hərbi hissədən qaçması barədə məlumat yaymışdı. O zaman Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı şərh etməmişdi.
B.Cəlilbəylinin cəsədi aşkar edilənə qədər onun sentyabrın sonlarından noyabrın sonunadək harada olduğu, nə vaxt və nədən öldüyü hələlik məlum deyil. -06D-
-
- İqtisadiyyat
- 28 Noyabr 2017 13:52
-
- Cəmiyyət
- 28 Noyabr 2017 15:04
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz