Fəallar  Mehman Qələndərovun ölüm işinin araşdırılmasının gedişindən razı deyil

Bakı/11.05.17/Turan: Azərbaycan hökuməti Kürdəxanı təcridxanasında dünyasını dəyişən fəal və bloger Mehman Qələndərovun ölüm şəraitinin  araşdırılması üzrə lazımi tədbirlər görmür. Bu barədə siyasi məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi qrupun bəyanatında deyilir.

Bəyanat müəllifləri hakimiyyətin belə münasibətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə hörmətsizlik kimi dəyərləndirirlər.

Xatırladaq ki, M.Qələndərov aprelin 28-də təcridxanada ölüb. Rəsmi versiyaya görə, özünü asıb. Fakt üzrə CM-in 125-ci maddəsilə (ölüm həddinə çatdırma) cinayət işi başlanıb. Təcridxananın iki əməkdaşı işdən kənarlaşdırılıb, digərinin barəsində hökm çıxarılıb.

Eyni zamanda prokurorluq və ədliyyə Nazirliyinin birgə bəyanatında bildirilib ki, M.Qələndərovun üzərində zorakılıq əlamətləri olmayıb.

Ancaq bəyanat müəllifləri diqqəti ona yönəldirlər ki, ölüm hadisəsi qapalı müəssisədə baş verdiyindən buna görə məsuliyyəti dövlət daşıyır.

Hökumət ölümün səbəblərinin obyektiv araşdırılmasını təmin etməlidir.

M.Qələndərovu həbs etmiş şəxslər cəzalandırılmalıdır.

İşçi qrupu hakimiyyəti vətəndaş fəalları və müstəqil ekspertlər tərəfindən araşdırma aparılması üçün şərait yaradılmasına çağırır.

İşçi qrupa hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılova və başqaları daxildir.—06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti