Yunis Səfərov
«Gəncə işi» üzrə növbəti məhkəmə prosesi
Bakı/28.10.20/Turan: Oktyabrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncənin keçmiş İcra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olan Yunis Səfərov və digər 11 nəfərin məhkəmə baxışının növbəti iclası keçirilib.
Məhkəmə başlasa da zalda şahidlər olduğu üçün valideynləri içəri buraxmayıblar. Təqsirləndiirlən şəxslərin yaxınları buna etiraz olaraq məhkəmə keçirilən otağın pəncərəsinin altında “Biz anaları içəri buraxın” deyə, şüar səsləndiriblər.
Daha sonra ittiham olunan şəxslərin valideynləri zala buraxılıb.
Məhkəmə prosesində Ağa Sərxani öldürülən zaman orada iştirak edən polis ifadə verib.
Təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Ceyhun Salahov və rəhəmətə gedən Anar Bağırovun bacısı ifadə verib.
İttiham olunan şəxslər C.Zalov və C. Salahov “bandotdeldə” işgəncələr altında ifadələrinin alındığını bildiriblər.
Zalov bildirib ki, orada başının arxasından çoxlu zərbələr aldığı üçün nələrə imza atdığını bilməyib. Ona “bandotdeldə” sadecə bir silah boynuna qoyduğunu desələr də, məhkəmə zamanı Zalov evində silahlar tapıldığını öyrənib.
İfadə verən şəxslər onlara “tok” verildiklərini, rezin dubinkalar ilə işgəncəyə məruz qaldıqlarını deyiblər.
Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncə şəhərinin keçmiş İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Rəsmi məlumata görə isə iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Növbəti məhkəmə prosesi ayın 29-na təxirə salınıb.—06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz