Bakı/21.09.22/Turan: Culfa gömrüyündə Türkiyəyə gedən “Mercedes” markalı yük maşını saxlanılıb. Onun baqajında ​​içərisində ümumi çəkisi 79 kiloqram olan metamfetamin kristallarının gizlədildiyi plastik fırçalar aşkar edilib.Faktla bağlı Naxçıvan gömrüyündə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi başlanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sentyabrın 20-nə olan məlumatında deyilir. 02D

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə