Gömrükçülər ölkədən qanunsuz valyuta çıxarılmasının qarşısını alıb
Bakı/02.09.19/Turan: Bakı Beynəlxalq Hava Limanında gömrük əməkdaşları böyük ölçüdə valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin 2 sentyabr tarixli məlumatına görə, Qazaxıstan vətəndaşı Bakı-Moskva reysi ilə bəyan edilməmiş 3,5 mln. rubl (46000 dollara ekvivalent), 6253 dollar vəsaiti aparmağa çalışıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, vətəndaşlar ölkədən bəyan etmədən 10 min dollar apara bilərlər. Bu məbləğdən yüksək vəsait bəyan edilməli və rüsumu ödənilməlidir. -05D-
Cəmiyyət
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 229
Rəy yaz