Açiq mənbələrdən foto.
Güclü yağış dağ çaylarında selə səbəb olub
Bakı/23.09.21/Turan: Ölkənin rayonlarında yağan güclü yağıntılar dağ çaylarında sel və daşqınlara səbəb olub. Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin şimal, şimal-qərb və cənubunda dağlıq və dağətəyi rayonlarda yağış yağıb.
Yağışlar Balakən və Zaqatala rayonlarında daha intensiv xarakter daşıyıb.
13.00-a olan məlumata görə, Balakənçay (Balakən), Katexçay və Talaçay (Zaqatala) çaylarında sel və daşqınlar müşahidə olunub.
Sinoptiklərin proqnozlarına görə, sentyabrın 25-i gündüz saatlarına qədər yağışlar davam edəcək.
Bəzi yerlərdə yağıntılar leysan xarakteri daşıyacaq, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuq artacaq, bəzi dağ çaylarında qısamüddətli sel və daşqınlar gözlənilir.
Qərb küləyinin gücü bəzi yerlərdə saniyədə 18-23 metrə çatacaq.
Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək. Sentyabrın 24-də günün ikinci yarısında şimal-qərb küləyinin saniyədə 15-20 metrə qədər güclənəcəyi gözlənilir. -06D-
-
- İqtisadiyyat
- 23 Sentyabr 2021 14:20
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz