Hava soyumağa davam edəcək

Fevralın 19-da Bakıda və Abşeronda yağış yağacağı, arabir sulu qarla əvəz olunacağı gözlənilir.

Sinoptiklərin məlumatına görə, arabir əsən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +1 +3, gündüz isə +4 +7 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında da fevralın 19-da hava buna bənzər olacaq. Bəzi yerlərdə duman və şərq küləyi gözlənilir. Havanın temperaturu gecə -2 +3, gündüz +4 +9 dərəcə təşkil edəcək. Dağlıq rayonlarda qar yağacaq, 8 dərəcəyə qədər şaxta olacaq. -16D04-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti