Hesablama Palatası 2016-cı il dövlət büdcəsinə dəyişiklikləri şərh edib
Hesablama Palatasının növbəti Kollegiya İclasında 2016-cı il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanunlara dəyişikliklər müzakirə olunub. Hər iki sənəd korreksiya edilib, deyə Hesablama Palatasının saytı məlumat verir.
Buna makroiqtisadi göztəricilər vadar edib – dövlət büdcəsində neftin barreli $50 götürülüb, amma birja qiymətləri onu $25-a endirməyə ehtyac var.
Maraqlıdır ki, Kollegiya üzvləri təkcə xərclərin (+13,7%) yox, həm də gəlirlərin artırılmasından (+15,5%) danışıblar. Milli Məclisə təqdim edilən dövlət büdcəsinə düzəlişlər layihəsində büdcə gəlirləri 16 mlrd 822 mln, xərcləri 18 mlrd 495 mln manat, kəsir 1 mlrd 673 mln manat proqnozlaşdırılıb.
Artım nəyin hesabına olacaq? Əsasən Neft Fondundan transfertlər hesabına – artım 26,9% və ya 1 mlrd 615 mln manat (7 mlrd 615 mln manatadək) olacaq. Yəni bu göstəricinin gəlirlər hissəsində payı 45,3% təşkil edəcək. Vergilər Nazirliyinin xüsusi çəkisi 6,2% - 7,01 mlrd manatadək, Gömrük Komitəsinin payı 13,8% - 1,81 mlrd manatadək artacaq. Başqa gəlirlər (+18% və ya 13 mln – 75 mln manatadək) də var. --17D—
-
- Cəmiyyət
- 18 Fevral 2016 14:01
-
- Söz istəyirəm
- 18 Fevral 2016 14:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz