koronavirusinfo.az

koronavirusinfo.az

Bakı/06.06.22/Turan: Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb, vəfat edən olmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Azərbaycanda indiyədək ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 55 nəfərdir.

Ölkədə son sutka ərzində 1 833, hazırkı dövrədək isə 6 909 386 test aparılıb. -05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti